Haqqımızda

  


Tarix boyu hekayələr həmişə insanların maraq dairəsində olmuşdur. Lakin bu hekayələri biz sadəcə kitablarda, nağıllarda deyil, hər yerdə görə bilərik.

Heç düşünmüsünüz ki, hüququn özü də bir hekayədir. Biz ona toxuna, onu hiss edə, görə bilmərik və yer üzündəki bütün insanlar hüququn nə demək olduğunu unutsalar, hüquq deyə bir anlayış olmayacaq.

Digərlərindən fərqli olaraq isə hüquq cəmiyyəti idarə edən bir hekayədir. Lakin biz onun həqiqət olduğuna inansaq, o bizim reallığımızın bir hissəsinə çevrilə bilər.

Eyni zamanda biz hüququ təhlil edərəöz unikal təcrübə və reallığımızı əks etdirən məqalələr yaza, mövcud hekayələrə dəyişiklik edə bilərik. Bütün bunlar ForTius Law bloq səhifəsinin əsasını təşkil edir.

Fortius Law – müxtəlif hüquq sahələri ilə bağlı praktiki və nəzəri mövzuları özündə əks etdirən blog səhifəsidir. Burada cavabı sizə maraqlı qalan və həll yolunu axtardığınız bir sıra hüquqi məsələlərə dair fikirləri, yazıları, qanundan çıxarışları və məhkəmə qərarlarını görə bilərsiniz.

Məqsədimiz hüququn müxtəlif sahələri üzrə mövcud yerli və xarici təcrübəni araşdırmaq bununla da gənc hüquqşünasları, hüquqşünas tələbələri, eləcə də digər oxuyucuları hüquqa dair hər cür yenilik və faydalı xəbərlərlə məlumatlandırmaqdır.
Siz də bizimlə birlikdə hüquqi təfəkkürünüzü inkişaf etdirmək və dünyagörüşünüzü artırmaq istəyirsinizsə səhifəmizi izləmədə qalın.

Çünki hüququ bilmək bizi daha güclü edir!

Post a Comment